Haqqımızda Reklam
18 
Avq
2022
15:06
27
2
727

Güllübağ kəndində içməli su şəbəkəsinin qurulması işləri davam edir (FOTO)

Marneuli bələdiyyəsinin Güllübağ kəndində daxili içməli su şəbəkəsinin qurulması işləri davam edir. Bu barədə 24News.ge xəbər portalına Marneuli meriyasından məlumat verilib. Məlumata əsasən, su infrastrukturu kənddə ilk dəfə qurulur. Layihə çərçivəsində - quyu, dəmir-beton rezervuarlar qurulacaq və daxili şəbəkələndirmə işləri aparılacaq. İşlər başa çatdıqdan sonra, Güllübağ kəndinin əhalisi içməli su ilə tam təmin olunacaq. Dəyəri 652 494 lari olan içməli su infrastrukturu işləri, mərkəzi və yerli büdcələrin birgə maliyyələşdirilməsi ilə həyata keçirilir. Qeyd edək ki, Marneuli Munisipalitetinin meri Kənan Ömərov, Sakrebulonun sədri Amiran Qiorqadze və bələdiyyə nümayəndələri Güllübağ kəndində aparılan daxili içməli su şəbəkəsinin qurulması işləri ilə yaxından tanış olublar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989