Haqqımızda Reklam
18 
Avq
2022
16:15
11
8
1261

Tbilisi şəhərində və Saqareco bələdiyyəsində radioaktiv maddələr aşkar edilib

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi və Kəşfiyyat Departamenti əməkdaşları tərəfindən 16 avqust tarixində həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində radioaktiv maddələrin qanunsuz şəkildə əldə edilməsi və saxlanılması, həmçinin 1,2 milyon ABŞ dolları dəyərində maddələrin satışı ilə bağlı 3 nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. İstintaq zamanı müəyyən edilib ki, Tbilisi şəhərində və Saqareco bələdiyyəsində mütəşəkkil bir qrup öz yaşayış ünvanlarında qanunsuz olaraq insan sağlamlığı üçün təhlükəli qamma şüası olan radioaktiv maddələr saxlayırmış. Cinayətkar dəstənin üzvləri hazırlanmış plana uyğun olaraq, alıcının axtarışını fəal surətdə həyata keçirmiş, radioaktiv maddələrin saxlandığı yeri sistemli şəkildə dəyişdirərək işi davam etdirmiş və sonda qeyd olunan maddələri 1 200 000 ABŞ dolları qarşılığında saxtamağa cəhd etdikləri zaman saxlanılıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə istintaq başladılıb. Saxlanılan şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989