Haqqımızda Reklam
18 
Avq
2022
17:34
46
5
838

Ukraynada Ərdoğanla Zelenksinin görüşü baş tutub (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş başlayıb. 24News.ge Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Lvovdakı Potoçki sarayında keçirilir. İkitərəfli görüşdən sonra BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayacaq. Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir. Türkiyə mətbuatının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin avqustun 5-də Soçidə Ərdoğanla görüşündə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlara hazır olduğuna bildirib. Buna görə də Rəcəb Tayyib Ərdoğan bu gün Lvova səfəri zamanı Vladimir Zelenskiyə Vladimir Putinlə görüş təşkil etməyə hazır olduğunu bildirəcək. Media diplomatlara istinad edərək yazır ki, ilk növbədə Ukrayna və Rusiya prezidentləri Ukrayna ilə bağlı yol xəritəsini müəyyən etməlidirlər, bundan sonra nümayəndə heyətləri bu yol xəritəsinin həyata keçirilməsi üzərində işə başlayacaqlar. Qeyd edək ki, indiyədək Vladimir Zelenski Putinə 4 dəfə görüş təklif etsə də, Moskva bundan imtina edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989