Haqqımızda Reklam
18 
Avq
2022
18:25
52
9
1001

Səfir Faiq Quliyev Marneulidə aşıq-sazbənd Bafəli Adıgözəlovun emalatxanasını ziyarət edib

Azərbaycan Respublikasının ölkəmizdəki səfiri Faiq Quliyev, Marneuli şəhərində tanınmış aşıq-sazbənd Bafəli Adıgözəlovun emalatxanasını ziyarət edib. 24News.ge xəbər verir ki, görüşdə Gürcüstanın azərbaycanlı icmasının ziyalıları -Mahmud Kamaloğlu, Mirzə Maşov, Akif Xansultanlı və Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu da iştirak edib. Görüş zamanı aşıq Bafəli yerli azərbaycanlı icmasında aşıq sənətinə olan maraqdan, tələbələri ilə apardığı işdən, Kvemo-Kartlinin ayrı-ayrı bölgələrində fəaliyyət göstərən aşıqlardan, bu sahədə mövcud problemlərdən danışıb. Bafəli Adıgözəlovun aşıq-sazbənd kimi fəaliyyət göstərdiyi emalatxana-dərs otağı ilə tanış olan səfir F.Quliyev, el sənətinin yaşadılması və inkişafında mühüm fəaliyyətinə görə ona təşəkkürünü bildirərək aşıq-sazbənd kimi istifadə etdiyi cəmi bir otaqdan ibarət hazırki iş yerində olan şəraitsizliklə əlaqədar, aşıq Bafəlinin yeni iş məkanı ilə təmin edilməsi məsələsini nəzarətə götürdüyünü bildirib. Görüşün sonunda aşıq Bafəlinin tələbələri el sənətinin nümunələrini ifa edib, eləcə də aşıq Bafəli atası aşıq Əli Dəllər barədə olan kitabı səfir F.Quliyevə hədiyyə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989