Haqqımızda Reklam
18 
Avq
2022
20:59
60
12
1198

Vlodimir Zelenski, Rəcəb Tayyib Ərdoğan və Antonio Quterreş arasında görüş keçirilib

Qərbi Ukraynanın Lvov şəhərində Ukrayna prezidenti Vlodimir Zelenski, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş keçirilib. 24News.ge Ukrayna mətbuatına istinadən xəbər verir ki, görüşdə 3 əsas məsələ müzakirə olunub. Məlumata əsasən, tərəflər taxıl ixracını, Rusiya tərəfindən işğal olunmuş Zaporojye AES-dəki qeyri-sabit vəziyyəti və təxminən 6 aya yaxın davam edən müharibəyə son qoymaq səylərini müzakirə ediblər. Qeyd edək ki, üç tərəfli görüş təxminən 40 dəqiqə davam edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989