Haqqımızda Reklam
22 
Sen
2022
15:10
53
2
1685

Assosiasiya rəhbərindən açıqlama: "Gürcüstanda bu gündən çörəyin qiyməti ucuzlaşır"

"Son vaxtlar un 10 lari ucuzlaşıb, bu gündən bir neçə növ çörəyin qiyməti isə 10 tetri ucuzlaşacaq". 24News.ge xəbər verir ki, bu barədə Çörəkçiləri Assosiasiyasının rəhbəri Malxaz Dolidze məlumat verib. Onun sözlərinə görə, Tbilisidə 2 şirkət bu gündən 4 növ çörəyin qiymətini aşağı salacaq. Bölgələrdə isə proses xeyli əvvəl başlayıb və orada da qiymət 10 tetri aşağı salınır: “Son vaxtlar unun qiyməti 82 laridən 72 lariyə qədər aşağı düşüb. Qiymətlərin enməsi regionlarda daha tez özünü göstərdi, çünki orada Sokar şirkəti çörək zavodlarının qaz tarifini subsidiyalaşdırmışdı, ancaq bu qayda Tbilisiyə şamil edilmirdi. Bu gündən isə 2 şirkət 4 növ çörəyin qiymətini endirir. Kütləvi çörək istehsalı 10 tetri ucuzlaşacaq. Biz bu tendensiyanın yeni ilə qədər davam edəcəyini gözləyirik. Rusiya bazarında məhsuldarlığın çox olması ilə yanaşı, bu il ölkəmizdə də məhsul kifayət qədər yaxşı olub və buğdanın Qazaxıstandan da gətirilə biləcəyi ilə bağlı məlumatlar var”, - deyə Dolidze müsahibəsi zamanı bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989