Haqqımızda Reklam
22 
Sen
2022
20:59
42
13
4878

Tanrıqulu Məmmədov qudaları tərəfindən oğlunun ölümcül vəziyyətdə döyüldüyünü, lakin...

Qardabani rayonunda yaşayan Tanrıqulu Məmmədov, qudaları ilə yaşanan gərginlikdən sonra polisi məsələyə bir tərəfli baxmaqda ittiham edir. 24News.ge xəbər portalına müsahibə verən ailə bildirib ki, iki ailə arasında baş verən insidentdən sonra onun oğlu Təhmuraz Məmmədov günahsız yerə polis tərəfindən saxlanılıb. Saxlanılan gəncin atası Tanrıqulu Məmmədov deyir ki, oğlu ilə gəlini arasında heç bir problem yaşanmadığı halda gəlinin anası A. Musayeva, Ukraynadan gəldikdən sonra ailəyə intriqa salıb və onları boşatdıracağını bildirib. Məmmədovlar ailəsinin sözlərinə görə, gəlinləri heç bir zaman heçnədən şikayətlənməyib, lakin gəlinin anası övladlarının ailəsinə ziddiyət salıb və oğlunun xəbəri olmadan üç uşağını və qızını evdən aparıb. Hadisədən xəbər tutan Təhmuraz Məmmədov buna əsəbləşərək qaynatasının evinə gedib, burada isə tərəflər arasında fiziki qarşıdurma yaşanıb. Məmmədovlar ailəsinin sözlərinə görə, onun oğlu qaynatası ilə normal danışmaq üçün getdiyi halda, Musayevlər ailəsi onların oğulunu çox ağır şəkildə döyərək ölümcül vəziyyətə salıblar. Bundan sonra isə Təhmuraz Məmmədov polis tərəfindən saxlanılıb və hazırda onun məhkəmə prosesi davam edir. Ailə Musayevlər ailəsinin günahkar olduğunu və məhkəmənin hazırkı mərhələdə yanlış qərar verərək övlatlarını həbsdə saxladıqlarını bildirirlər. Qeyd edək ki, məsələ ilə bağlı Musayevlər ailəsi ilə əlaqə saxladıq. Bizə şifahi olaraq məlumat verdilər ki, 4 ildir qızları evli olduğu halda kürəkənləri Təhmuraz Məmmədov, onların qızları ilə nə telefonla danışmağa, nə də onların ailəsinə getməyə icazə verməyib. Qızın anası Arzu Musayeva bildirdi ki, sonuncu dəfə Ukraynadan gələndə qızı ilə görüşmək üçün, ailəyə gedib və orada Təhmuraz Məmmədov onu təqdir edərək fiziki güc tətbiq edib. Bundan sonra onlar qızı və nəvələri ilə oradan qaçıblar. Məmmədovlar ailəsinin iddialı şikayəti ilə bağlı reportajı isə bu gün axşam saat 22:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasiya buraxılışında izləyə bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989