Haqqımızda Reklam
23 
Sen
2022
17:02
73
15
1470

Azərbaycanın Gürcüstana göndərdiyi 21 mindən çox dərslik Təhsil Nazirliyinə təhvil verilib (FOTO)

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə 2022-2023-ci tədris ili üçün dərslik vəsaiti göndərib. 24News.ge xəbər verir ki, dərs vəsaitləri Azərbaycanın Təhsil Nazirliyi və  Gürcüstandakı səfirliyin məsul əməkdaşlarının iştirakı ilə ölkənin Elm və Təhsil Nazirliyinə təhvil verilib. Azərbaycanın Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün Gürcüstanın azərbaycandilli orta məktəblərinə 18 adda 21 703 nüsxə dərslik göndərib. Vəsaitlərə I-XI siniflər üçün "Azərbaycan dili" və "Ədəbiyyat" dərslikləri daxildir.  Dərsliklərin azərbaycandilli məktəblərə paylanılması prosesinə yaxın günlərdə start veriləcək. Proses Gürcüstan Elm və Təhsil Nazirliyinin xətti ilə regional təhsil resurs mərkəzləri vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırığı əsasında, Gürcüstanda yaşayan azərbaycanlılar üçün hər il Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə dərslik və digər metodik vəsaitlər pulsuz olaraq göndərilir. Bu günədək Gürcüstana çatdırılan dərslik və digər metodik vəsaitlərin sayı 650 minə yaxındır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989