Haqqımızda Reklam
26 
Sen
2022
13:50
37
6
1076

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev şəhid ailələrinə baş çəkib (FOTO)

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əslən Gürcüstandan olan şəhidlərin xatirəsi doğulduğu kəndlərdə yad edilib. 24News.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, səfirliyin əməkdaşları, azərbaycanlı jurnalistlər və ictimaiyyət nümayəndələri Bolnisi rayonunun Kəpənəkçi və Zol-Güvəc kəndində şəhidlərin məzarlarını ziyarət edib, onların ailələrinə baş çəkiblər. Gürcüstan parlamentinin sabiq deputatı, kənd ağsaqqalı Ramiz Bəkirov və müəllim Ziyadxan Sərdar şəhidlərin məzarı başında çıxış edərək onların keçdikləri həyat yolundan danışıblar. Səfir Faiq Quliyev Azərbaycan xalqının suverenlik və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Gürcüstandan olan soydaşlarımızın bu mübarizədəki rolunu, Azərbaycana verdikləri dəstəyi xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Gürcüstandan olan soydaşlarımız da xüsusi qəhrəmanlıq göstəriblər. Onlardan 22 nəfəri şəhid olub. Şəhidlərimizin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayan diplomat bildirib ki, onların qanı yerdə qalmayıb və qisasları alınıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989