Haqqımızda Reklam
26 
Sen
2022
16:01
33
15
3850

Rusiya tərəfi Gürcüstanla sərhəddə zirehli texnika cəlb edib

Rusiya hökuməti "Yuxarı Lars" sərhəd keçid məntəqəsinə doğru zirehli texnika cəlb edib. 24News.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti sözügedən məlumatı təstiq edərək bildirib ki, zirehli texnika gözlənilməz hadisə zamanı təhlükəsizliyi təmin etmək üçün ”Yuxarı Lars" sərhəd keçid məntəqəsinə cəlb edilib. Rusiya tərəfinin məlumatına görə, sərhəd məntəqəsi yaxınlığında hər hansı bir post yaratmaq fikirində deyillər, ancaq qaydalardan kənar şəkildə ölkəni tərk etmək istəyən şəxslər olarsa, təhlükəsizliyi qorumaq üçün müəyyən addımlar atılacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989