Haqqımızda Reklam
26 
Sen
2022
21:49
27
7
3377

CNN Rusiya-Gürcüstan sərhəddindən yeni görüntülər yaydı - 16 km uzunluğunda...

Bu gün ərazidə pilotsuz təyyarə ilə çəkilmiş video kadırlarda yüzlərlə avtomobilin Rusiya tərəfində növbə gözlədiyi müşahidə olunub. 24News.ge CNN telekanalına istinadən xəbər verir ki, Rusiya vətəndaşları Gürcüstana keçmək üçün ən azı 48 saat gözləməli olurlar. Bundan əlavə, CNN Maxar Technologies tərəfindən çəkilmiş, Gürcüstanla sərhədin Rusiya tərəfində uzun avtomobil növbələrini göstərən peyk şəklini də yayımlayıb. Maxar Technologies qeyd edib ki, sərhəddə 16 kilometrlik avtomobil növbəsi mövcuddur. Amerika media agentliyi əlavə edib ki, Gürcüstan-Rusiya sərhədi hələ də açıqdır və Rusiya vətəndaşları növbələrlə olsa da, Gürcüstana daxil ola bilirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989