Haqqımızda Reklam
27 
Sen
2022
09:09
45
9
3312

Gürcüstana gəlmək istəyən rusiyalılara sərhədi piyada keçməyə icazə verilib

Gürcüstana gəlmək istəyən Rusiya vətəndaşlarına sərhədi piyada keçməyə icazə verilib. 24News.ge xəbər verir ki, bu barədə “Exo Kavkaza” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, bundan əvvəl sərhədi yalnız avtomobil və ya velosipedlə keçmək mümkün idi. Şimali Osetiyanın FSB sərhəd xidmətinin mətbuat xidməti sözügedən məlumatı təsdiqləyib və onlar belə bir qərarın sərhəddə uzun tıxaclarda gözləmə vaxtını azaltmaq üçün atıldığını bildiriblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989