Haqqımızda Reklam
07 
Dek
2022
19:59
47
6
619

Stoltenberqdən çağırış: "Rusiya müharibəni dondurmağa çalışır - Ukraynaya təcili hərbi yardım göstərilməlidir"

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynadakı müharibənin dondurulması ilə bağlı xəbərdarlıq edib. 24News.ge xəbər verir ki, Stoltenberq bu barədə jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatların dondurulması Kremlə fasilə zamanı yeni zərbə üçün qüvvələri artırmaq və yenidən hücum imkanı verəcək. Baş katib bildirib ki, müharibənin başa çatmasını sürətləndirmək üçün NATO müttəfiqləri Ukraynaya silah tədarükünü artırmalıdır. O qeyd edib ki, Ukrayna Rusiya ilə istənilən danışıqların ilk öncə vaxtını və məzmununu müəyyən etməlidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989