Haqqımızda Reklam
20 
Mar
2023
15:01
7
53
1304

Ermənistan Gürcüstanın əsas ixracatçısına çevrilib

2023-cü ilin yanvar-fevral aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 2,898 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb. Hesabata görə, bunun 914,8 milyon ABŞ dolları ixrac (artım 20,3 faiz), idxal isə 1 983 milyard ABŞ dolları (artım 9,0 faiz) təşkil edib. “Sakstat”ın məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında Gürcüstanın ümumi ixracında on ən böyük ixrac tərəfdaşı ölkənin payı 81,5 faiz təşkil edib. Əsas ixracatçı ölkələrin reytinqi belədir: ● Ermənistan - 192% artımla 133 milyon dollar; ● Rusiya Federasiyası - 38% artımla 128 milyon dollar; ● Çin - 18% artımla 112 milyon dollar; ● Azərbaycan - 20,5% artımla 111 milyon dollar; ● Qazaxıstan - 393% artımla 78 milyon dollar; ● Türkiyə - 10% artımla 69 milyon dollar; ● Qırğızıstan - 994% artımla 45 milyon dollar; ● Bolqarıstan - 59% azalma ilə 34,6 milyon dollar; ● İspaniya - 658% artımla 21 milyon dollar; ● Peru - 6% azalma ilə 17 milyon dollar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989