Haqqımızda Reklam
20 
Mar
2023
19:37
30
7
3205

Kvemo Kartlidə yüksək rütbə daşıyan məmur məzuniyyət adı ilə ABŞ-a mühacirət edib

Hakim partiyadan ayrılaraq "Xalqın gücü" hərəkatının əsasını qoyanlardan və mübahisəli qanun layihəsinin müəlliflərindən olan deputat Dimitri Xundadzenin kürəkəni Mirian Okropiridze, qeyri-qanuni yollarlar Amerika Birləşmiş Ştatlarına mühacirət edib. 24News.ge xəbər verir ki, bu barədə yerli televiziya kanalları məlumat yayıb. İddialara görə, Kvemo Kartli bölgəsinin meşə sahəsi xidmətinin rəhbəri vəzifəsini tutan M. Okropirizdze işdən məzuniyyət adı ilə ayrılıb və daha sonra vəzifəsinə geri qayıtmayıb. Onun Meksika vasitəsilə qaçaq yollarla Amerika Birləşmiş Ştatlarına getdiyi iddia edilir. Okropirizdzenin anası oğlunun ABŞ-a mühacirətə yollanması xəbərini təsdiqləsə də, ancaq viza və ya qeyri-qanuni yollarla bu ölkəyə getdiyi barədə detallı məlumata sahib olmadığını bildirib. İddialara görə, Kvemo Kartlinin meşə xidmətinin rəhbəri vəzifəsini icra edən Okropiridzenin adı meşə məhsullarının qara bazarda satılması işlərində hallanır. Qeyd edək ki, artıq Okropiridzenin yerinə, Kvemo Kartli meşə xidmətinə yeni rəhbər təyin edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989