Haqqımızda Reklam
20 
Mar
2023
20:43
34
25
883

Lavrovdan Gürcüstana mesaj: "3+3 formatı üzrə görüşün qapıları Tbilisi üçün açıq qalır"

"Qərb Cənubi Qafqazla bağlı 3+3 əməkdaşlıq formatını dağıtmaq istəyir". 24News.ge xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Gürcüstan tərəfi hələlik bu formata qoşulmaqla bağlı düşünür: “Cənubi Qafqazın Qərblə əməkdaşlığının mümkünlüyünə gəldikdə isə deyə bilərəm ki, Qərb özünü tamamilə diskreditə edib. Biz Qərbin Cənubi Qafqazda hansı məqsədlər güdüyünü gözəl görürük. Qərb bunu heç gizlətmir, açıq-aydın bəyan edir. Rusiyanı Cənubi Qafqazdan qoparmaq məqsədi güdür. Rusiya Ermənistanla, regionun digər ölkələri ilə “3+3” formatını irəli çəkir. Gürcüstan tərəfi hələlik bu formata qoşulmaqla bağlı düşünür. Lakin birinci görüş baş tutub. Qapılar Tbilisi üçün açıq olaraq qalır. Hazırda ikinci görüşün keçirilməsi üzərində işləyirik. Qərb bu strukturu dağılması üzərinə aktiv işləyir. Qərb üç Cənubi Qafqaz ölkəsinə öz xidmətlərini sırımaq niyyətindədir. Avropa İttifaqı və ABŞ regionun üç qonşu ölkəsinin, Rusiya, Türkiyə və İranın qanunu maraqlarını tapdalayaraq bununla öz sərhədlərindən çox kənarda hegemonluğunu təsdiqləməyə iddia edir. Ona görə də, mən indi Cənubi Qafqazla bağlı hansısa dialoqun inkişafının mümkünlüyünü və düzünü desəm, bunun heç lazımlığını da görmürəm. Təkcə Cənubi Qafqazla bağlı deyil, beynəlxalq və regional gündəmdə olan digər məsələlərlə də bağlı Qərblə dialoq mümkün deyil, heç gərəkli də deyil”, - deyə Lavrov vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989