Haqqımızda Reklam
20 
Mar
2023
20:55
58
10
1001

Qaratəhlə kənd ictimai məkdəbində təntənəli Novruz şənliyi baş tutub (FOTO)

Qardabani bələdiyyəsinin Qaratəhlə kənd ictimai məkdəbində Novruz Bayramı münasibətilə şənlik keçirilib. 24News.ge xəbər verir ki, bayram tədbirində şagirdlər, müəllimlər və bir qrup valideynlər də iştirak ediblər. Baş tutan şənlikdə məktəbin şagirdlərinin hazırladıqları müxtəlif rəqslər və tamaşalar nümayiş olunub, şerlər səsləndirilib. Şagirdlərin hazırladıqları milli şirniyyat və yeməklər isə qonaqlara təqdim olunub. Tədbirdə çıxış edən məktəb direktoru Bəhram İsayev, şagirdləri və valideynləri bayram münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989