Haqqımızda Reklam
20 
Mar
2023
21:35
73
7
2944

ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatında Saakaşvilinin də adı çəkilir

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti dünyada insan haqlarının vəziyyəti ilə bağlı 2022-ci il ÜZRƏ hesabatını dərc edib. 24News.ge xəbər verir ki, Departamentin Gürcüstanla bağlı illik hesabatında həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin vəziyyətindən də bəhs edilir. Dövlət Departamenti qeyd edir ki, 2022-ci il ərzində Gürcüstanın Xalq Müdafiəçisi dəfələrlə hakimiyyəti həbsdə olan eks-prezident Mixeil Saakaşviliyə vaxtında və lazımi tibbi yardım göstərməyə çağırıb. Bununla belə, hesabatda deyilir ki, 2021-ci ilin oktyabrında Gürcüstana qayıtmazdan əvvəl Saakaşvili müxtəlif ittihamlarla, o cümlədən keçmiş parlament üzvünə fiziki hücum əmri verdiyi üçün vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə qiyabi mühakimə olunub. ABŞ Dövlət Departamentinin dərc etdiyi hesabatda bildirilib ki, qeyri-hökumət təşkilatları və müxalifət partiyaları Gürcüstanda siyasi məhbusların olduğunu bəyan ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989