Haqqımızda Reklam
27 
Nybr
2023
10:16
30
24
2730

Qızılhacılıda mağaza qarət olunub (FOTO)

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində oğurluq hadisəsi baş verib. 24News.ge xəbər verir ki, kəndin mərkəzində yeni açılmış "Magnit" mağazası təxminən gecə saat 4-5 radələrində qarət edilib. Əldə olan məlumata görə, oğurluq edən şəxs və ya şəxslər mağazanın ön şüşəsini sındıraraq içəri daxil olub və mağazadan çox sayda siqaret və müəyyən məbləğdə pul götürüblər. Hadisə yerinə ekspertiza qrupu cəlb olunub, faktla bağlı istintaq başladılıb. Qeyd edək ki, sözügedən mağaza təqribən 10 gün əvvəl açılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989