Haqqımızda Reklam
28 
Nybr
2023
11:52
33
4
1614

Həyat yoldaşına fiziki təzyiq göstərən Penitensiar Xidmət əməkdaşı həbs edilib

Xüsusi İstintaq Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində zorakılıq faktı üzrə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin əməkdaşı saxlanılıb. 24News.ge xəbər verir ki, qurumun məlumatına görə, cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “İstintaq müəyyən edib ki, 2023-cü il noyabrın 26-da asayiş keşikçisi Rustavi şəhərində yaşayış evlərindən birində mübahisə zəminində 1980-ci il təvəllüdlü həyat yoldaşına fiziki təzyiq göstərib, ona müxtəlif xəsarətlər yetirib. Zərərçəkmiş qadının cinayətlə bağlı bildirişini aldıqdan sonra xüsusi əməliyyat-istintaq xidməti qısa müddətdə təxirəsalınmaz istintaq tədbirlərinin aparılmasını təmin etmiş, Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulmuş məişət zorakılığına görə hüquq-mühafizə orqanının əməkdaşı saxlanılıb . Xüsusi İstintaq Xidməti iş üzrə araşdırmalarını davam etdirir”, - deyə agentliyin yaydığı məlumatda bildirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989