Haqqımızda Reklam
28 
Nybr
2023
20:11
34
5
656

“Milli Hərəkat”ın Poti, Mtsxeta və Axaltsixe fraksiyasının üzvləri Xabeişvilini istefaya çağırırlar

Müxalif “Vahid Milli Hərəkat” partiyasının Poti, Mtsxeta və Axaltsixe fraksiyasının üzvləri Levan Xabeişvilini istefaya çağırırlar. 24News.ge xəbər verir ki, partiya üzvləri Xabeişvilini "Vahid Milli Hərəkat"da böhran vəziyyəti yaratmaqda ittiham ediblər. Bəyanatda bildirilir ki, Levan Xabeişvili eks prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması ilə birgə bir çox vədləri yerinə yetirmək əvəzinə gəldiyi gündən ləyaqətli insanları işdən çıxarmağa, partiyanı “Gürcü arzusu”nun qalıqları ilə doldurmağa başlayıb. Qeyd olunub ki, Levan Xabeişvilinin rəhbərliyi ilə partiyanın birliyi mümkün deyil. Bəyanatda bildirilib ki, Levan Xabeişvili partiyanı gətirdiyi böhrana görə məsuliyyəti öz üzərinə götürməli və Vahid Milli Hərəkat Partiyasının sədri vəzifəsini tərk etməlidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989