Haqqımızda Reklam
02 
Mar
2024
09:49
15
41
739

Ruslar Xarkov və Odessanı bombalayıblar, itkilər var

Ötən gecə, ruslar Xarkov və Odessanı bombalayıblar. 24News.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Odessa vilayətinin qubernatoru Oleq Kiper bildirib ki, ruslar çoxmərtəbəli yaşayış binasını vurublar, nəticədə iki nəfər ölüb, azı yeddi nəfər yaralanıb. Xarkov vilayətinin yerli hakimiyyət orqanlarının məlumatına görə, Rusiyanın hücumu nəticəsində Kupyansk vilayətində 76 yaşlı bir kişi ölüb, üç nəfər yaralanıb. Cənubi Ukrayna Müdafiə Qüvvələrinin məlumatına görə, Hava Hücumundan Müdafiə Qüvvələri Odessa istiqamətində atılan 17 Rusiya pilotsuz təyyarəsini məhv edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989