Haqqımızda Reklam
02 
Mar
2024
21:03
18
43
5096

Bədbəxt hadisə nəticəsində 4 nəfər çayda boğularaq ölüb

Terjola bələdiyyəsinin Zeda Sazano kəndində 4 nəfər çayda boğularaq ölüb. 24News.ge xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Məlumata əsasən, çayın kənarında dayanan bir nəfər kişinin ayağı sürüşüb və çaya düşüb, bundan sonra onun yanında olan digər dörd şəxs ona kömək etmək üçün suya düşüblər, lakin onları çay aparıb. Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, hadisədən sonra xilasedicilər 3 nəfərin cəsədini tapıblar. İtkin düşən 1 nəfərin axtarışı davam etdirilir, bir nəfər isə xilas edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989