Haqqımızda Reklam
28 
Mar
2024
13:53
178
12
4223

Saakaşvili seçkilərdə qalib gələcəkləri təqdirdə hansı yeniliklər edəcəklərini açıqlayıb

Eks prezident Mixeil Saakaşvili məhkəmə iclasında Milli Hərəkatın qələbə platforması ilə birlikdə seçkilərdə qalib gələcəkləri təqdirdə hansı yenilikləri edəcəklərini açıqlayıb. 24News.ge xəbər verir ki, Saakaşvili ilk öncə yeddi məsələ üzərində işlənəcəyini bildirib. O deyib ki, ilk qəbul ediləcək qanun pensiya kreditlərinin ləğvi olacaq: “Seçkilərdəki qələbəmizdən sonra nələrin baş verəcəyi barədə danışmaq istəyirəm – çünki qələbəyə qətiyyən şübhəm yoxdur. İlk qəbul edəcəyimiz qanun pensiya kreditlərinin ləğvi olacaq. Çünki pensiya kreditləri sistemi qeyri-insanidir. İkinci qanun Gürcüstan vətəndaşlarının geri ölkəyə qayıtmasını asanlaşdırmaq olacaq. Üçüncü biznesin stimullaşdırılması fondu olacaq. Kiçik biznesin yaradılmasına şərait yaradacağıq. İnsanların 2000, 3000 və 5000 lari gəliri olmalıdır. Bütün valyutalardan elə istifadə edilməlidir ki, üst-üstə düşmələr və daimi spekulyasiyalar olmasın. Beşinci məsələ, hazırda kəndlilər öz torpaqlarında deyil, başqalarının torpaqlarında işləyirlər. Qəbul edəcəyimiz növbəti qanun o olacaq ki, dövlətə məxsus olan bütün torpaqlar xüsusi mülkiyyətə keçəcək və kəndlilərə onların geri alınması üçün güzəştli şərtlər yaradılacaq. Kənd təsərrüfatı kreditləri üzrə faizlər 0-a enəcək. Növbəti qanun amnistiya olacaq. Bu, Saakaşvili üçün edilmir. Hakimlər, siz bir adamı oğurluq və soyğunçuluğa görə mühakimə edəndə, mənim prezidentliyim başa çatdıqdan sonra yoxsulluq ikiqat artdığı kimi, cinayət də ikiqat artıb. Biz bu insanlara yeni həyata başlamaq şansı verməliyik. Milyonları oğurlayana heç kim toxunmur, lakin kiçik səhfi olanlar zindanlara atılır. Yeddinci məsələ isə mərkəzsizləşdirmə lazımdır. Növbəti qanun o olacaq ki, bütün gəlirlərin 80%-i yerdə qalacaq. Gürcüstan insanların miqrasiya nöqtəsinə çevrilib. Gürcüstan kimi bir ölkədə, coğrafiyamız, resurslarımız bol olan bir ölkədə necə işsizlik ola bilər?! Bu, ümumiyyətlə, o qədər qeyri-təbii prosesdir ki, süni şəkildə yaranmış texnoloji hadisə deyilsə, heç bir məntiq tapmıram”, - deyə Saakaşvili vurğulayıb. O bildirib ki, belə davam etsə, kiçik partiyalar 5%-lik baryeri keçə bilməyəcək və buna görə də qələbə platforması təkbaşına mübarizə aparmalı və qalib gəlməli olacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989