Haqqımızda Reklam
29 
Mar
2024
09:56
56
7
1143

Bu gecə birinci Qədr gecəsidir - Qədr gecəsinin əməlləri...

Bu gecə müqəddəs Ramazan ayının birinci Qədr (əhya) gecəsidir. 24News.ge xəbər verir ki, bu il birinci Qədr gecəsi martın 29-dan 30-na keçən gecə, ikinci Qədr gecəsi martın 31-dən aprelin 1-nə keçən gecəyə, üçüncü Qədr gecəsi isə aprelin 2-dən 3-nə keçən gecəyə təsadüf edəcək. Qədr gecəsi Allahın müqəddəs kitabı olan Qurani-Kərimin nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır. Qədr gecələrinin müştərək əməlləri aşağıdakılardan ibarətdir: 1. Qüsl etmək: Əllamə Məclisi yazır ki, "Qədr” gecələrinə məxsus qüslü günbatan vaxtı yerinə yetirmək daha yaxşıdır; belə ki, şam namazı qüsllə qılınsın. 2. Əhya saxlamaq: (gecəni oyaq qalıb Allaha ibadət və raz-niyazla keçirmək); Nəql olunur ki, hər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar. 3. İki rükət namaz qılmaq: belə ki, hər rükətdə "Həmd” surəsindən sonra yeddi dəfə "İxlas” surəsi oxunsun və namazdan sonra yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” – deyilsin. Peyğəmbərdən (ə) nəql olunur ki, bu əməli yerinə yetirən şəxs yerindən ayağa qalxmamış onun özü və ata-anası Allah-Taala tərəfindən bağışlanar. 4. Tövbə edib Allahdan günahların bağışlanmağını diləmək: Əllamə Məclisi yazır ki, "Qədr” gecələri ən yaxşı əməl insanın özünün, ata-anasının, dünyada yaşayan və yaxud dünyasını dəyişmiş mömin qardaşlarının dünya və axirət hacətlərini istəməklə yanaşı, bağışlanmasını diləməkdir.” 5. Quranı açıb qarşınızda tutaraq deyin: Duanın oxunuşu: Əllahummə inni əsəlukə bikitabikəl-munzəl və ma fihi, və fihismukəl-əkbər və əsmaukəl-husna, və ma yuxafu və yurca ən təcələni min utəqaikə minən-nar. Duanın tərcüməsi: "İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük adına, ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən edəsən.” Sonra Allah-Taaladan öz hacətlərini istə! 6. Quranı başınıza qoyub deyin: Duanın oxunuşu: Əllahummə bihəqqi hazəl-Qur`an, və bihəqqi ma ərsəltəhu bih, və bihəqqi kulli mu`minin mədəhtəhu fih, və bihəqqikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə minkə. Duanın tərcüməsi: "İlahi, Sənə and verirəm bu Quranın haqqını, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqını, Quranda təriflədiyin bütün möminlərin haqqını və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqını! Sonra Allah və məsumların adına and verərək 10 dəfə deyirsən: بِكَ يَا اللَّهُ – Bikə ya Əllahu On dəfə de: بِمُحَمَّدٍ – Bi Muhəmmədin On dəfə de: بِعَلِيٍّ – Bi Əliyyin On dəfə de: بِفَاطِمَةَ – Bi Fatimətə On dəfə de: بِالْحَسَنِ – Bil-Həsəni On dəfə de: بِالْحُسَيْنِ – Bil-Husəyni On dəfə de: بِعَلِيِّ بْنِ الْحُسَيْنِ – Bi Əliyyibnil-Husəyni On dəfə de: بِمُحَمَّدِ بْنِ عَلِيٍّ – Bi Muhəmmədibni Əliyyin On dəfə de: بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ – Bi Cə`fəribni Muhəmmədin On dəfə de: بِمُوسَى بْنِ جَعْفَرٍ – Bi Musəbni Cə`fərin On dəfə de: بِعَلِيِّ بْنِ مُوسَى – Bi Əliyyibni Musa On dəfə de: بِمُحَمَّدِ بْنِ عَلِيّ – Bi Muhəmmədibni Əliyyin On dəfə de: بِعَلِيِّ بْنِ مُحَمَّدٍ – Bi Əliyyibni Muhəmmədin On dəfə de: بِالْحَسَنِ بْنِ عَلِيٍّ – Bil-Həsənibni Əliyyin On dəfə de: بِالْحُجَّةِ – Bil-Huccəti Sonra Allah-Taaladan öz hacətlərini istəyirsən! Bəzi hədislərdə deyilir ki, "Qədr” gecələrində "Cövşən-Kəbir” duasını oxuyun və Peyğəmbəri-Əkrəmə (s) və onun Əhli-beytinə salam və salavat göndərin.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989