Haqqımızda Reklam
29 
Mar
2024
10:06
70
6
741

Kobaxidze: Gürcüstanda 237 məscid müsəlmanlara təhvil verilib, daha 20 məscid isə hazırdır

"Dini müxtəliflik Gürcüstanın ən vacib sərvətlərindən biridir". 24News.ge xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze Tbilisidə ölkənin müsəlman icmasının şərəfinə təşkil olunmuş iftar mərasimində çıxışı zamanı deyib. O, müsəlmanların Gürcüstanın inkişafına töhfə verdiyini və xalqlar arasındakı qardaşlığın arxasında böyük tarixinin dayandığını vurğulayıb: “Gürcüstan gürcü, azərbaycanlı, şiə, sünni müsəlmanların eyni məsciddə namaz qıldığı unikal ölkədir. Bu dinc birgəyaşayış, qardaşlıq ənənəsi bizim üçün çox əzizdir və biz bunu fəaliyyətimizlə sübut edirik. Dövlət 237 məscidi müsəlman icmasına təhvil verib və daha 20 məscid təhvil verilməyə hazırdır. Müsəlman icmasına ayrılan maliyyə 4 milyon 150 min lariyə çatdırılıb və iqtisadi artımla bu vəsait daha da artacaq. Gürcüstanın dini müxtəlifliyi ölkəmizin əsas sərvətlərindən biridir”, - deyə Baş nazir vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989