Haqqımızda Reklam
29 
Mar
2024
12:17
47
3
909

İtaliyada quldurluqda ittiham olunan Gürcüstan vətəndaşı həbs edilib

İtaliyanın Matera şəhərində "Goldbet" oyun mərkəzini qarət etməkdə ittiham olunan 29 yaşlı Gürcüstan vətəndaşı həbs edilib. 24News.ge xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumata əsasən, martın 20-də şəhərin mərkəzindəki oyun mərkəzinə girən gənc işçini mətbəx bıçağı ilə hədələyib, 6 min avronu verməyə məcbur edib və oradan qaçıb. O, bir neçə gün sonra polis tərəfindən həbs edilib. Məlumata görə, hazırda o, istintaq təcridxanasındadır. Faktla bağlı istintaq davam edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989