Haqqımızda Reklam
15 
Apr
2024
15:39
14
27
604

Rus işğalçıları üç Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər

Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Zemo Artsevi və Otrevi kəndləri yaxınlığında üç Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər 24News.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. DTX-dən verilən məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib. Bildirilir ki, qanunsuz olaraq həbs edilən vətəndaşların azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir. Baş verənlərin məsuliyyəti isə tamamilə işğalçı rejimin üzərinə düşür. Məlumata əsasən, hazırda 8 Gürcüstan vətəndaşı Sxinvali istintaq təcridxanasında və həbsxanada saxlanılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989