Haqqımızda Reklam
27 
May
2024
11:05
31
11
521

ABŞ rəsmisindən açıqlama: “Qarşıdakı aylar Gürcüstanın Avropaya inteqrasiya perspektivləri üçün həlledici olacaq”

"Yaxın bir neçə ay Gürcüstanın Avropa İttifaqına inteqrasiya perspektivlərinin nə qədər olduğunu göstərəcək". 24News.ge xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinkenin Gürcüstanın Müstəqillik Günü münasibətilə dərc olunmuş bəyanatında deyilib. Blinkenin fikrincə, Tbilisi üçün Avropa İttifaqına üzvlüyə namizəd statusunun əldə edilməsi “tarixi miqyaslı nailiyyəti” idi: “Növbəti bir neçə ay bu fürsətin reallığa çevrildiyini görmək baxımından kritik olacaq. Gürcüstan rəhbərliyini onu düzgün istiqamətə yönəltmək üçün lazımi addımları atmağa çağırırıq”, – deyə ABŞ-ın baş diplomatı vurğulayıb. Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar “Gürcüstanın demokratik gələcəyinə və çiçəklənməsinə sarsılmaz sadiqliyini” nümayiş etdirir və eyni zamanda, onun suverenliyi və bütövlüyünün ən fəal tərəfdarları arasındadır. O əmin edib ki, Vaşinqton “Gürcüstana təhlükəsiz və firavan Avropa demokratiyası qurmağa kömək etməyə qətiyyətlə sadiqdir” və “Gürcüstan xalqının Avro-Atlantik gələcəyə olan istəklərini” dəstəkləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989