Haqqımızda Reklam
27 
May
2024
17:13
32
15
1136

Marneuli meriyasında vətəndaşlara dəymiş zərərin qiymətləndirilməsi üzrə iclas keçirilib

Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Sakrebulo sədri Amiran Qiorqadze Meriyada “Fəlakət və yanğın nəticəsində dəymiş zərərin qiymətləndirilməsi üzrə daimi komissiyanın” üzvləri ilə görüş keçirilib. 24News.ge xəbər verir ki, bu barədə meriyadan məlumat verilib. Məlumata əsasən, işgüzar görüşdə, 26 may tarixində güclü yağıntıların yaratdığı fəsadlar və görüləcək tədbirlər müzakirə olunub. Bildirilib ki, Marneulidə baş vermiş təbii fəlakətin nəticələrini altı işçi qrupu araşdırır, lakin araşdırma davam etdiyindən dəymiş ziyan haqqında hələ dəqiq məlumat yoxdur. Qeyd edək ki, Marneuli bələdiyyəsi ərazisində sel nəticəsində vətəndaşlara dəyən zərərin müəyyən edilməsi ilə bağlı komissiya yaradılıb. Meriyadan bildirilir ki, bunun üçün qaynar xətt fəaliyyət göstərir. Vətəndaşlar aşağıdakı nömrələrlə əlaqə saxlayıb, dəymiş ziyanla bağlı məlumat verə bilərlər. Tel: 591 976369, 591 975804

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989