Haqqımızda Reklam
14 
Iyn
2024
23:31
32
7
1718

İDDİA: Xüsusi Tapşırıqlar İdarəsinin rəisini döyən Qubernator müavini ölkəni tərk edib

Xüsusi Tapşırıqlar İdarəsinin rəisi Zviad Xarazişvili (Xareba) və Kvemo-Kartli dövlət nümayəndəsinin birinci müavini Giorgi Şinjikaşvili arasında fiziki qarşdurma yaşanıb. 24News.ge xəbər verir ki, bu barədə "Mtavari Arxi" telkanalı məlumat yayıb. Məlumata əsasən, ilk öncə şifahi mübahisə ilə başlayan gərginlik daha sonra tərəflər arasında fiziki qarşıdurmaya çevirilib və nəticədə Qubernator müavini Xüsusi Tapşırıqlar İdarəsinin rəisi Zviad Xarazişviliyə fiziki zərbələr endirib. İddia olunur ki, bir neçə gün əvvəl bu faktla bağlı Şinjikaşvilinin Martğopi kəndindəki iqamətgahı yaxınlığında xüsusi təyinatlılar səfərbər edilib. Televiziyanın yaydığı məlumata əsasən, Kvemo-Kartli dövlət nümayəndəsinin birinci müavini Giorgi Şinjikaşvili artıq ölkəni tərk edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989