Haqqımızda Reklam
15 
Iyn
2024
18:10
47
27
968

İsveçrədə Gürcüstan və Ukrayna prezidentləri arasında görüş baş tutub (FOTO)

Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna Sülh Sammiti çərçivəsində İsveçrədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. 24News.ge xəbər verir ki, bu barədə Prezident administrasiyası məlumat yayıb. Məlumata görə, görüşdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermark və baş nazirin müavini Yuliya Sviridenko iştirak ediblər. Bildirilir ki, Gürcüstan prezidenti Ukraynanın Avropa İttifaqına daxil olması üçün danışıqlara başlamaq qərarına görə Ukrayna prezidentini təbrik edib və Ukraynaya tam dəstəyini və həmrəyliyini bir daha təsdiqləyib. Prezident böyük ümidvar olduğunu bildirib ki, Gürcüstan və Ukrayna tezliklə bu yolu davam etdirəcəklər. Zurabişvili qeyd edib ki, Gürcüstan və Ukraynanın yeri Avropadadır. Gürcüstanda, Ukraynada və ümumilikdə regionda sülh və inkişaf üçün bu vacibdir. Görüş zamanı Gürcüstan prezidenti əsir götürülən gürcü Mamuka Qapsreliya ilə bağlı da məsələ qaldırıb və Ukrayna prezidenti bu məsələ ilə bağlı işləməyə hazır olduğunu bildirib. Zelenski də öz növbəsində bildirib ki, gün gələcək Ukrayna və Gürcüstan mütləq Avropa İttifaqının bir hissəsi olacaq. O, Gürcüstan Prezidentinə Ukrayna üçün çox vacib olan sülh sammitində göstərdiyi dəstəyə və iştiraka görə təşəkkür edib. Məlumata əsasən, görüş zamanı prezidentlər ikitərəfli əməkdaşlıq və hər iki ölkə qarşısında duran təhlükəsizlik çağırışlarını müzakirə ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989