Haqqımızda Reklam
20 
Iyn
2024
13:11
26
6
3042

Laminatlı şəxsiyyət vəsiqələri nə vaxtdan ləğv edilir?

2011-ci il iyulun 28-dək verilmiş qeyri-elektron (laminatlı) şəxsiyyət vəsiqələri 2024-cü il iyulun 1-dən ləğv ediləcək. 24News.ge xəbər verir ki, bu barədə Dövlət Xidmətlərinin İnkişafı Agentliyi məlumat yayıb. Bildirilir ki, martın 15-dən etibarən şəxsiyyət vəsiqələrinin elektron şəxsiyyət vəsiqələri ilə pulsuz dəyişdirilməsi prosesi davam edir. Elektron olmayan şəxsiyyət vəsiqəsini elektron şəxsiyyət vəsiqəsi ilə pulsuz əvəz etmək üçün Ədliyyə Evlərinə, Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi idarələrinə, Səyyar Ədliyyə Evlərinə müraciət etmək lazımdır. Agentliyin məlumatına görə, indiyədək bu kampaniyadan 105 131 nəfər yararlanıb. Raklam: 24Kargo şirkəti regionda ən sərfəli kargo xidmətlərini təklif edir. Türkiyənin bütün mağazalarından elə indi kilosu cəmi 2.50$-dan sifariş edin!

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989