Haqqımızda Reklam
17 
Iyl
2024
14:51
34
8
1574

İddia: Qalmaqalda adı hallanan Kvemo Kartli qubernatorunun müavini istefa verib

Xüsusi Tapşırıqlar İdarəsinin rəisi Zviad Xarazişvili ilə aralarında yaranan qarşıdurmadan sonra ölkəni tərk edən Kvemo Kartli qubernatorunun müavini Giorgi Şinjikaşvili hələ də geri dönməyib. 24News.ge xəbər verir ki, bu barədə "Mtavari Arxi" telkanalı məlumat yayıb. Məlumata əsasən, Qubernator müavini artıq vəzifəsindən istefa verib. O istefa ərizəsini ölkə xaricində imzalayıb. Telekanalın yaydığı məlumata görə, istefa ərizəsini Şinjikaşvilinin imzalaması üçün xaricə aparıb orada imzalatdırıblar. Qeyd olunur ki, bir aydır hökumət nümayəndələri tərəflər arasında barışıq üçün cəhd etsələr də, lakin buna nail ola bilməyiblər. İddia olunur ki, Zviad Xarazişvili vitse-qubernatoru şikəst etmək və öldürməklə hədələyir, buna görə də Şinjikaşvilinin vətəninə nə vaxt qayıda biləcəyi məsələsi hələdə açıq qalır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989