Haqqımızda Reklam
06 
Nybr
2024
14:30
80
6
2826

Bidzina İvanişvili və “Gürcü arzusu” partiyasının bir neçə siyasi liderinin audioyazılar yayılıb

2020-ci il parlament seçkiləri zamanı Bidzina İvanişvili və “Gürcü arzusu” partiyasının bir neçə siyasi və ideoloji liderinin söhbətini əks etdirən audioyazılar yayılıb. 24News.ge xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb. Söhbətdə adları keçən şəxslər Bidzina İvanişvili, İrakli Kobaxidze, Arçil Talakvadze və Laşa Natsvlişvilidir. Məlum olub ki, söhbət zamanı Kobaxidze, Talakvadze və Natsvrişvili bir yerdə olublar. Söhbəti onlardan birinin və ya sürücünün lentə aldığı iddia edilir. Söhbət zamanı 2020-ci il parlament seçkilərindən sonra hadisələr cərəyan edir və siyasətçilərin açıq şəkildə narahat olduqları üzə çıxıb. Onlar hətda təkrar seçkiləri belə istisna etmirlər. Söhbətin əsas mövzusu səslərin hesablanması və paralel hesablamanın nəticələri ilə bağlı olub: Kobaxidze: PVT (səslərin paralel hesablanması) məsələsidir. İvanişvili: Harada təhlükəli bir şey varsa, indi hər şeyi çatdırıb yoxlasınlar. Kobaxidze: Bircə bunlar başlayıblar... yaxşı olardı ki, sizinlə görüşək və bir yerdə analiz edək, Qoqanı da gətirərdik... İvanişvili: Ey oğlan, vaxt keçir. Kobaxidze: Xeyr, başlayıb artıq. Bəli, bəli, başlayın. O zaman sabah sizə deyəcəm.. İvanişvili: Aydındır. istəyirsənsə, Qoqanı indi gətir. Kobaxidze: Hə, indi gedirik. Talakvadze: Cənab Bidzina, onların qeyd etdikləri kimi, nəticədə fərqin olduğu təsdiqlənərsə, necə? Çünki bir məntəqədə 3-4 bülleten fərqinin olduğu ortaya çıxarsa, o zaman... İvanişvili: PVT (təkrar səs dayımı) qeydə aldığı ilə MSK-nın nəticələri arasında fərq 2.4% olduğu təsdiqlənsə... Bundan sonra təkrar seçkilər olacaq. Nə qədər məsafəniz qaldı? Kobaxidze: Yəqin ki, yarım saat. Talakvadze: 15 dəqiqə. Natsvlişvili: Mişanın amerikalı həyat yoldaşı maraqlı bir şey yazıb. Kellini (ABŞ-ın Gürcüstandakı keşmiş səfəri) dəyişməyə ümid etməyin. İvanişvili: Harada yazıb? Natsvlişvili: Facebook-da ingiliscə yazıb ki, siz Kellini əvəzlənəcəyinə ümid etməməlisiniz. İvanişvili: Bayden onu əvəz etməyəcək. O siyasi səfir deyil, karyera səfiridir.   Natsvlişvili: Nə Amerikanın Gürcüstanla bağlı siyasəti dəyişəcək, nə də Kelli. Onlara deyin, camaatı aldatmasınlar. Talakvadze: Fərqli şəkildə mübarizə aparmalıdırlar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989