Haqqımızda Reklam
06 
Nybr
2024
23:10
193
53
9532

Müxalifət liderləri ilə Prezident arasında görüş başa çatıb

“Dəyişiklik Koalisiyası”, “Güclü Gürcüstan”, “Birlik - Milli Hərəkat” və “Gürcüstan üçün Qaxariya” partiyalarının nümayəndələri ilə Prezident Salome Zurabişvili arasında görüş başa çatıb. 24News.ge xəbər verir ki, görüş Orbeliyani sarayında keçirilib. Görüş zamanı seçkilərin nəticələrinin beynəlxalq araşdırması, gürcü xalqının seçiminin qorunması və paytaxtda davam edən etiraz aksiyaları və digər əsas məsələlər müzakirə olub. Müxalifət liderləri görüşdən sonra öz müsahibələrində qeyd ediblər ki, seçkilərin legitimliyi tanınmayacaq və bundan sonra proses beynəlxalq tərəfdaşlarla diplomatik səviyyədə davam edəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989