Haqqımızda Reklam
03 
Dek
2024
19:43
178
79
1541

Ceyhun: "Ölkə əhalisi artıq oğurlanmış seçkilərdən sonra tarix yazır, sabah Marneulidə...

"Ölkə əhalisi artıq oğurlanmış seçkilərdən sonra tarix yazır. Günlərdir yüz minlərlə insan ölkənin hər tərfində etiraz edir və bu hakimiyyəti tanımır. Sabah Marneulimizdə icma gəncləri tərəfindən dinc etiraz aksiyası təşkil ediləcək. Ölkədə baş verən qanunsuzluğa qarşı icmanın da səsini çıxarması çox vacib və əhəmiyyətli məsələdir". Bu barədə 24News.ge xəbər portalına müsahibəsində "Vahid Milli Hərəkat"ın nümayəndəsi Ceyhun Məhəmmədəli deyib. O bildirib ki, son seçkilərdən sonra regionun adı yalnız hakimiyyət yandaşı kimi göstərilməsi və səs saxtalaşdıranlar kimi yadda qalması yaxşı hal deyil: "Ölkənin hər tərəfində vətəndaşlar qeyri legitim hakimiyyətin seçkiləri oğurlaması və ölkənin konstitusiya ilə müəyyən edilən strateji Avropa yolundan dönməsi ilə bağlı qərarları sərt qınayıb qəbul etmirlər. Belə bir halda bizim regionun adı yalnız hakimiyyət yandaşı kimi göstərilməsi və səs saxtalaşdıranlar kimi yadda qalması yaxşı hal deyil. Təbii ki buna səbəb yerli hakimiyyətin yanında hər əmiri yerinə yetirənlərin yer alması idi. Buna görə də ölkənin başqa yerlərində olduğu kimi gərək öz səsimizi çıxaraq və bildirək ki, bizdə ölkənin tam hüquqlu vətəndaşları kimi azad iradəmizdən istifadə edirik. Bu qeyri legitim hakimiyyətin saylı günləri qalıb. Dünya ictimaiyyəti bu "hakimiyyəti" artıq tanımır, ortada tək qalıblar. Bunu hiss edən və qorxuya düşən gürcü arzusu artıq aksiyalarda xalqa qarşı açıq aşkar zülm edir. Xalq isə bundan qoruxmaq əvəzinə daha da əzmlə öz azadlığı uğrunda mübarizə aparır. Biz istəyirik ki, vətəndaşlarımız sabitlik içərisində demokratiq dəyərləri özündə əks etdirən bir ölkədə yaşayaq və buna görə də bu hakimiyyət mütləq getməlidir!", - deyə Ceyhun Məhəmmədəli qeyd edib. Müxalifət nümayəndəsi həmçinin qeyd edib ki, sabah (4 dekabr) Marneulidə keçiriləcək aksiyaya müxalifətdə qoşulacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989