Haqqımızda Reklam
21 
Yan
2025
00:59
13
24
2279

Gürcüstanda bu il baş tutacaq bələdiyyə seçkilərinin vaxtı açıqlandı

Bu il Gürcüstanda 4 oktyabr tarixində bələdiyyə seçkiləri baş tutacaq. 24News.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. Qeyd olunub ki, bələdiyyənin nümayəndəlik orqanının - özünüidarəetmə şəhəri/özünüidarə icmasının şurası və merinin növbəti seçkiləri 2025-ci il oktyabrın birinci şənbə günü (4 oktyabr) tarixində baş tutacaq. Mərkəzi Seçki Komissiyası bələdiyyə orqanlarına seçkilərdə iştirak etmək istəyən siyasi partiyaları qeyd olunan hüququ əldə etmək üçün bütün zəruri prosedurları vaxtında həyata keçirməyə çağırıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989