Haqqımızda Reklam
21 
Yan
2025
13:57
134
4
2155

Çində keçirilən beynəlxalq yarışda Qaraçöpdən olan idmançımız birinci yerə sahib olub

Çinin paytaxtı Pekin şəhərində keçirilən "Kikboksinq" idman növü üzrə K-1 beynəlxalq yarışına qatılan Qaraçöplü idmançımız Elvin Kazımov birinci yerə sahib olub. 24News.ge xəbər verir ki, yarışda Rusiya, İran, Tayland, Çin, Gürcüstan, Vyetnam və digər bir sıra ölkələrdən 50-dən çox idmançı medallar uğurunda mübarizə aparıblar. 65 kq çəki dərəcəsində Elvin Kazımov döyüşdə çinli rəqibinə texniki nakautla qalib gəlib. Məlumat üçün bildirək ki, İbrahim Məmmədovun yetirməsi olan Elvin Kazımov bu günədək bir sıra ölkə miqyaslı və beynəlxalq yarışlarda iştirak edib və uğurlar qazanıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989