Haqqımızda Reklam
12 
Fev
2025
19:13
80
19
8030

Baş nazir Bakı-Tbilisi-Bakı sərnişin qatarının bərpası məsələsinə münasibət bildirdi

"Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub". 24News.ge xəbər verir ki, bu barədə Dubayda jurnalistlərə müsahibəsi zamanı Baş nazir İrakli Kobaxidze deyib. O qeyd edib ki, Gürcüstan tərəfinin bu təklifi İlham Əliyev tərəfindən xoş qarşılanıb və baş nazir bu məsələdə göstərilən diqqət və dəstəyə görə Azərbaycan prezidentinə təşəkkür edib: “Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”. Baş nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələrdir və bu cür nəqliyyat əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalıdır: “Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək” – deyə Baş nazir Kobaxidze bildirib. Xatırladaq ki, son günlər bir sıra Azərbaycan saytlarında aprel ayından Azərbaycan-Gürcüstan arasında dəmir yolları vasitəsilə sərnişindaşımanın bərpa olunacağına dair məlumatlar yer almaqdadır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989