Haqqımızda Reklam
15 
Fev
2025
18:44
20
38
1655

Mtavari Arxi telekanalının bütün canlı yayımlar dayandırılıb

Gürcüstanın müxalif yönlü telekanalı kimi tanınan "Mtavari Arxi" telekanalı canlı yayım fəaliyyətini dayandırıb. 24News.ge xəbər verir ki, bu barədə telekanalın yaydığı bəyanatda qeyd olunub. Kanalın yaydığı bəyanatda bildirilib ki, həmtəsisçi Zaza Okuaşvilinin süni şəkildə yaratdığı maliyyə böhranı ilə əlaqədar indiki mərhələdə bütün canlı yayımlar və gündəlik əlavə xərclər dayandırılıb. Kanalın bəyanatına görə, onlar tam yayımı bərpa etmək üçün alternativ vəsait tapmağa çalışırlar. Bildirilir ki, hazırda Mtavari Arxinin efirində yalnız əvvəlcədən lentə alınmış verilişlər, proqramların təkrarı, seriallar və filmlər yayımlanır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989