Haqqımızda Reklam
15 
Fev
2025
22:23
39
9
932

Etirazların 80-ci günü Tbilisidə böyük izdiham müşahidə olunub (VİDEO)

Hökumətin qərarına etiraz edən vətəndaşlar artıq 80-ci gündür ki, paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər. 24News.ge xəbər verir ki, Tbilisidə gün ərzində müxtəlif yerlərdə keçirilən etiraz yürüşləri Rustaveli prospektində birləşib. QHT-lərin təşkilatçılığı ilə keçirilən aksiyada vətəndaşlar, siyasətçilər, müxtəlif sahələrin nümayəndələri, o cümlədən yazıçılar və şairlər də iştirak ediblər. Aksiya zamanı “Rusiya diktaturasına yox”, “Biz yeni seçkilər tələb edirik”, “Siyasi məhbuslara azadlıq” kimi şüarlar səsləndirilib. Qeyd edək ki, minlərlə insanın iştirak etdiyi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Məlumat üçün bildirək ki, etirazlar hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırılması qərarından sonra başlayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989