Haqqımızda Reklam
15 
Fev
2025
23:39
10
69
5661

Bədbəxt hadisə: 4 və 5 yaşlı uşaq kanalizasiya quyusuna düşərək həlak olub

Batumidə 4 və 5 yaşlı uşaqlar kanalizasiya quyusuna düşərək həlak olublar. 24News.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Məlumata əsasən, uşaqlar tikinti gedən ərazidə müvəqqəti qazılan kanalizasiya arxına düşüblər. Bildirilir ki, hər iki uşaq qonşu olublar və onlar itkin düşdükdən sonra, gün ərzində bir neçə saat axtarılıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 116-cı (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə istintaq başladılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989