Haqqımızda Reklam
25 
Mar
2025
13:23
19
25
7791

Aprelin 1-dən Gürcüstanda siqaretlərin satışı ilə bağlı yeni qanun qüvvəyə minir

Aprelin 1-dən Gürcüstanda tütünlə mübarizə sahəsində islahatlar istiqamətində daha bir mühüm tənzimləmə qüvvəyə minəcək. Tütün məmulatlarının satışına yalnız adi, standartlaşdırılmış qablaşdırmada icazə veriləcək. 24News.ge xəbər verir ki, bu barədə Tütünlə Mübarizə Alyansı məlumat yayıb. Qanuna əsasən, bütün brendlər tibbi xəbərdarlıqlar və digər zəruri məlumatlar ilə yanaşı, yalnız marka və yarımnövün adını əks etdirən vahid, standart rəngli qablaşdırmadan istifadə ediləcək. Bildirilir ki, sadə qablaşdırma xüsusilə yeniyetmə və gənclər arasında tütün məmulatlarının cəlbediciliyini azaltmaq məqsədi daşıyır. Araşdırmalara görə, standartlaşdırılmış qablaşdırma tütündən istifadəyə başlama ehtimalını azaldır və siqareti tərgitməyə kömək edir. Aprelin 1-dən etibarən bütün qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görüləcək. Qanunu pozan şəxslərə isə 5000 lari cərimə tətbiq olunacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989