Haqqımızda Reklam
29 
Apr
2025
14:25
35
18
732

Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Özbəkistana səfər edib (FOTO)

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Özbəkistana səfər edib. 24News.ge xəbər verir ki, bu barədə Şeyxin sosial media hesabında məlumat paylaşılıb. Bildirilir ki, səfər çərçivəsində Hacı Faiq Nəbiyev Buxara şəhərində yerləşən Bahoeddin Nəqşbənd İslam kompleksini ziyarət edib. Ziyarət zamanı kompleksin rəhbərliyi ilə görüşən Şeyx, dini təhsil və maarifləndirmə sahəsində fikir mübadiləsi aparıb. Daha sonra Şeyx Hacı Faiq Nəbiyev Buxaradakı İmam Əli (ə) məscidinə baş çəkib. Məsciddə yerli dindarlarla görüşən şeyx, qarşılıqlı salamlaşmadan sonra dini mövzularda söhbət edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989