Haqqımızda Reklam
29 
Apr
2025
18:02
21
11
1572

Əliyevin sərəncamı ilə Azərbaycan səfirliyində təhsil məsələləri üzrə yeni vəzifə təsis edilib

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib. 24News.ge xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Eyni zamanda, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin (məsələn, strukturun dəyişdirilməsi, vəzifə öhdəliklərinin müəyyənləşdirilməsi, maliyyələşmə və sair) həll edilməsi tapşırılıb. Qeyd edək ki, bu addım, Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və xaricdə təhsil alan azərbaycanlı tələbələrin maraqlarının qorunmasına yönəldilmiş mühüm bir qərar kimi qiymətləndirilə bilər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989