Haqqımızda Reklam
12 
May
2025
11:29
11
21
2888

Marneuli sakininə məxsus sərnişin daşıyan "Vito" markalı avtomobil yanıb (VİDEO)

Marneuli-Kutaisi hava limanı istiqamətində sərnişin daşıyan "Mercedes-Benz Vito" markalı avtomobil hərəkətdə olan zaman alovlanaraq yanıb. 24News.ge xəbər portalına daxil olan məlumata əsasən, hadisə zamanı avtomobildə olan sərnişinlər və sürücü nəqliyyat vasitəsini vaxtında tərk edə biliblər. Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb. Qeyd olunur ki, yanan avtomobil Marneuli sakininə məxsus olub və sərnişin daşımaları ilə məşğul imiş.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989