Haqqımızda Reklam
10 
Iyl
2025
15:02
11
18
2530

Tbilisidə qanlı insident – İki nəfər gənc yaralanıb

Paytaxt Tbilisinin Saburtalo rayonunda baş verən insident zamanı iki nəfər yaralanıb. 24News.ge yerli KİV-ə istinadən xəbər verir ki, hadisəyə yeddinci mərtəbənin eyvanında başlayan mübahisə səbəb olub. Qonşuların verdiyi məlumata görə, mübahisə daha sonra binanın önündə davam edib və gənclər bir-birinə əllərində olan hər-hansı bir alətlə xəsarət yetiriblər. Hadisə yerinə iki təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Bildirilir ki, hüquq-mühafizə orqanlarına məlumatı yerli sakinlər verib. Hazırda Saburtalo rayonunda istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə cinayət işi başlanıb. Maddə qəsdən sağlamlığa ağır zərər vurmanı nəzərdə tutur.

www.24news.ge