Haqqımızda Reklam
10 
Iyl
2025
20:02
26
8
812

Qardabanidə İkinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabı təqdim edilib (VİDEO)

Qardabani bələdiyyəsinin Nəzərli kənd ictimai məktəbində Mustafa Sədioğlunun ikinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabının təqdimatı keçirilib. 24News.ge xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, eləcə də Azərbaycandan gəlmiş qonaqlar iştirak ediblər. Kitabda xalqımızın torpaqlarımızın işğaldan azad olunması istiqamətindəki birgə mübarizəsindən, qəhrəman oğul və qızlarımızın şücaətindən, şəhidlərimizin qanı, canı bahasına əldə olunan qələbədə Gürcüstandan olan soydaşlarımızın rolundan bəhs olunur. Kitabda əslən Qardabani rayonunun Nəzərli kəndindən olan BakuTV-nin əməkdaşı Yelmar Məmmədlinin Şuşanın azad edilməsindəki qəhrəmanlığı xüsusi qeyd olunub. Tədbirdə çıxış edən müəllimlər, ağsaqqallar, ictimaiyyət nümayəndələri Yelmar Məmmədlinin məktəb və gənclik illərindən söz açıb, onun gənc yaşlarında şücaəti və qorxmazlığı ilə seçildiyini qeyd ediblər. Çıxış edənlər “İstiqamət Şuşadır” adlı yeni nəşrin gənclərin vətənpərvər ruhda böyümələrinə böyük töhfə verəcəyinə əminlik ifadə ediblər. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge