Haqqımızda Reklam
10 
Iyl
2025
23:39
44
8
1258

Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam etdirilir (FOTO)

"Azərbaycan Evi" və "QANUN" Hüquqi Yardım Mərkəzi arasında bağlanmış memoranduma əsasən, vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardımların göstərilməsinə dair 2025-ci ilin iyun ayının 28-i və 29-da "Azərbaycan Evi"ndə, adı çəkilən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov tərəfindən, əvvəlcədən qeydiyyatdan keçmiş Marneuli sakinlərinin hüquqi problemləri olan vətəndaşların qəbulu keçirilib. Bu barədə 24News.ge xəbər portalına “Azərbaycan Evi”ndən məlumat verilib. Bildirilir ki, on dördüncü qəbul günündə 6 nəfər Gürcüstan vətəndaşları qəbul edilərək problemləri dinlənilib. Vətəndaşların problemlərinin (ədliyyə evinə müəyyən hüquqi prosedurların təmini ilə bağlı müraciyyət, ailə və məişət zorakılığı, məhkəmə proseslərinin tezləşdirilməsi, mülkiyyət, torpaq məsələləri, qanunsuz cərimələrin silinməsi və.s) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, Gürcüstan Prezidentinə, baş prokurorluğa və məhkəmə-hüquq orqanlarının elektron ünvanına göndərilib. Qeyd edək ki, qəbul günləri davam etdirilir və soydaşlarımız bu xidmətdən faydalanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərlər. Tel: 599 10 96 90

www.24news.ge